Hersoqdan türkcə paylaşım - VİDEO
28 Dekabr 2022
“Bu gün səfir İrit Lillian Prezident Rəcəb Tayyib Ərdoğana etimadnamə təqdim edərkən Ankarada, Prezident Sarayında yenidən İsrail himnini eşitmək çox təsir edici idi”.
Bunu İsrail Prezidenti İsxaq Hersoq rəsmi “Twitter” səhifəsində türk dilində yazıb.
“Mən Türkiyə səfirinin etimadnaməsini qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu İsrail-Türkiyə münasibətlərində böyük bir addımdır”, - deyə dövlət başçısı qeyd edib.
Qeyd edək ki, dünən İsrailin Ankaradakı yeni səfiri İrit Lillian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana etimadnaməsini təqdim edib.
Mərasim mətbuata bağlı qapılar arxasında keçirilib.
Daha əvvəl Ankarada İsrailin müvəqqəti işlər vəkili vəzifəsində çalışan Lillian 4 illik fasilədən sonra yəhudi dövlətinin Türkiyədəki ilk səfiri olub. Onun təyinatı oktyabr ayında İsrail hökuməti tərəfindən təsdiqlənib.
Eyni zamanda Türkiyənin Təl-Əvivdəki səfiri də təyin edilib. Diplomatik nümayəndəliyə 2010-2013-cü illərdə Şakir Özkan Torunlar rəhbərlik edib. O, Türkiyənin Qüdsdəki baş konsulu vəzifəsində çalışıb.
Səfirlərin təyin edilməsi və akkreditasiyası ilə Ankara və Təl-Əviv diplomatik münasibətləri tam bərpa ediblər.
Qeyd edək ki, 2018-ci ildə Türkiyə Qəzza zolağı ətrafında yaranmış vəziyyətə görə İsraildəki səfirini geri çağırıb. Eyni zamanda yəhudi dövlətinin səfiri də Ankaranı tərk edib.
Bu ilin avqustunda Ərdoğanla daha sonra İsrailin baş naziri Yair Lapid arasında telefon danışığı olub, nəticədə diplomatik münasibətlərin tam şəkildə bərpası və iki dövlətin səfirlərinin paytaxtlara qayıtması barədə razılıq əldə edilib.

Bugün, Büyükelçi @IritLillian güven mektubunu Cumhurbaşkanı @RTErdogan'a sunarken Ankara'da, Cumhurbaşkanlığı'nda yeniden HaTikvah'yı duymak çok etkileyiciydi. Yakında, Türk Büyükelçi'nin güven mektubunu kabul etmeyi dört gözle bekliyorum. ilişkilerinde büyük bir adım. pic.twitter.com/gk9p4ulwnI
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) December 27, 2022