Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərənin öz çətiri: Əliyev və Putin görüşdülər

Oktyabrın 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, bu görüşün məqsədi 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir:

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə sizə təşəkkür edirəm.”

Onun deməsinə görə, indi də hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək.

İlham Əliyev də öz növbəsində deyib ki, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

Onun deməsinə görə, Qarabağ münaqişəsi artıq tarixdə qalıb:

“O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır”.