Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərbçimiz Kəlbəcərdə minaya düşdü - Ayağı amputasiya edilib

Yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan Respublikasının Baş Prokurorluğu əsgərimizin minaya düşməsi barədə məlumat yayıb. Baş Prokurorluqdan bildirilib ki, hərbi qulluqçuya təxliyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.