Hər yerdə uduzur... - Trampın memkoini də tarixi minimumu yenilədi
06 Noyabr 2026
ABŞ Prezidenti Donald Trampın $TRUMP memkoininin qiyməti ilk dəfə 1.19 dollara düşərək tarixi minimumu yeniləyib.
Bu barədə "CoinMarketCap" platforması xəbər verir.
Bakı vaxtı ilə saat 18:54-ə olan məlumata əsasən, memkoin 16.46% ucuzlaşaraq 1.19 dollara enib. Kriptovalyutanın bundan əvvəlki tarixi minimumu 2025-ci il yanvarın 18-də qeydə alınmışdı. Həmin vaxt o, birjaya 1.2 dollar qiyməti ilə çıxmışdı və indiyədək bu həddən aşağı düşməmişdi.
Qeyd edək ki, memkoinlər sosial eksperiment kimi yaradılan kriptovalyutalardır. Onların qiyməti əsasında yaradıldıqları fenomenin populyarlığından asılıdır.