Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bankın iflası ölkə prezidentinin istefasına səbəb oldu

Paraqvay Prezidenti Santyaqo Penya noyabrın 5-də "Ueno Bank"ın iflasından sonra vəzifəsindən istefa verdiyini elan edib.

Bu barədə “ABC Color” xəbər verir.

"Mən respublika prezidenti vəzifəsindən getmək qərarına gəldim. Mən bunu ölkəmizin sabitliyinin maraqlarını rəhbər tutaraq edirəm", - deyə Penya müraciətində bildirib.

Qeyd edək ki, Paraqvayın "Ueno Bank" rəqəmsal bankının iflası onun maliyyə dayanıqlığı ilə bağlı ciddi problemlərin aşkar edilməsindən sonra baş verib. Böhran bank üzərində dövlət nəzarətinə dair suallar doğurub, çünki onun keçmiş rəhbəri Mərkəzi Bankın sədri Karlos Karvalyo olub, ölkə prezidenti Santyaqo Penya isə əvvəllər kredit təşkilatının sahibi ilə biznes əlaqələrinə malik olub.

İstefa qərarı Paraqvay Mərkəzi Bankının "Ueno Bank"ın fəaliyyətinə müdaxilə etmək barədə göstəriş verməsindən sonra qəbul edilib. Bundan əlavə, Penyanın bəyanatından bir neçə saat əvvəl müxalifət impiçment proseduruna başlamaq üçün əsas olan ittihamı təqdim edib.