Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstanda toya gedən iki qardaş güllələnərək öldürüldü

Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Ləmbəli kəndində iki qardaş qətlə yetirilib.

“InterPress.ge” xəbər verir ki, hadisə bir neçə saat əvvəl baş verib.

Yerli sakinlərin sözlərinə görə, üç qardaş qohumlarının toyuna gedərkən kənd sakinlərindən biri onlara pusqu quraraq odlu silahdan atəş açıb. Nəticədə qardaşlardan ikisi hadisə yerində həyatını itirib, üçüncüsü isə qaçaraq xilas ola bilib.

Bildirilib ki, qardaşlar uzun illər Rusiyada yaşayıb və bir müddət əvvəl doğma kəndlərinə qayıdıblar.

Qətlin dəqiq səbəbi hələlik məlum deyil. İlkin ehtimallar arasında qisas və əvvəllər baş vermiş münaqişə də var. Qeyri-rəsmi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən hadisədən qısa müddət sonra saxlanılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.