Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Hər şeyin təzəsi, dostun köhnəsi” - FOTO

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi dövlət başçısı İlham Əliyevin Kral III Çarlzla görüşünə dair paylaşım edib.

Səfirliyin “X” hesabında edilən paylaşımda “Hər şeyin təzəsi, dostun köhnəsi” misalı qeyd olunub və görüşdən foto paylaşılıb.

Fotoda, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də yer alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev Oksfordda “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunan rəsmi ziyafətdə iştirak edib.