Heqset: İranın nüvə proqramı darmadağın edilib
27 İyun 2025
ABŞ-ın müdafiə naziri Pit Heqset Amerikanın zərbələrinin İranın nüvə obyektlərinə təsirini aşağı salan sızdırılmış kəşfiyyat qiymətləndirməsini rədd edib.
Heqset bunu Pentaqonda mətbuat konfransında deyib.
O, ABŞ-ın zərbələrinin İranın nüvə obyektlərinə təsirinin az olduğunu iddia edən hesabatı qəbul etmədiyini bildirib.
“Kəşfiyyat hesabatı sızdırıldı, çünki bəziləri ABŞ-ın zərbəsini uğursuzluq kimi qələmə vermək istəyirlər. Media qalmaqalların arxasınca qaçır, nailiyyətlərə məhəl qoymur və prezident Trampı hədəfə alır”, - o qeyd edib.