Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həmin o Bill Qeyts - Bütün varidatını paylayır

Amerikalı sahibkar Bill Qeyts həyatının sonuna qədər bütün var-dövlətini özünün “Gates Foundation” xeyriyyə fonduna verməyi planlaşdırır.

İş adamı bu barədə çərşənbə günü “Twitter” hesabında məlumat verib.

“Mən sərvətimin demək olar ki, hamısını fonda verməyi planlaşdırıram. Mən siyahıda aşağı enəcəyəm və sonda dünyanın ən varlı adamları reytinqindən çıxacağam”, - sahibkar deyib.

Qeyts əlavə edib ki, fəaliyyətin genişləndirilməsi çərçivəsində yaxın ayda fonda 20 milyard dollar köçürəcək.

İş adamı həmçinin ümid etdiyini bildirib ki, böyük sərvət və imtiyazlara malik olan digər insanlar da ondan nümunə götürəcəklər.