Logo
news content
User
Kateqoriyalar

Xəbər

"HƏMAS" tərksilah məsələsinin şişirdildiyini deyir, Tramp isə hədələyir

Fələstinin "HƏMAS" hərəkatı hesab edir ki, Qəzza zolağında qruplaşmanın döyüşçülərinin tərksilah edilməsi məsələsi şişirdilib.

Bu barədə "Al Arabiya" telekanalı "HƏMAS" nümayəndəsinə istinadən məlumat yayıb.

"Silahsızlandırılma mürəkkəb və qarışıq məsələdir, lakin biz bunun həllini tapacağıq. Bizim yalnız sadə silahlarımız var, bu problem şişirdilir", - adının açıqlanmasını istəməyən mənbə bildirib.

HƏMAS silahları könüllü şəkildə təhvil verməyəcəyi halda, hərəkatın tərk-silah edilməsi planlaşdırılır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Xavyer Miley ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Əgər silahları təhvil verməsələr, biz onları silahsızlaşdıracağıq", - deyə Amerika lideri bildirib.

Tramp hərəkatın necə silahsızlaşdırılacağını dəqiqləşdirməkdən imtina edib. "Bunu sizə izah etməyə borclu deyiləm. Onlar bilirlər ki, biz oyun oynamırıq", - deyə o qeyd edib.