Həkim uşaqları xərçəngdən xilas etmək üçün onları mobil telefonlardan uzaq tutmağa çağırır
17 Noyabr 2024
Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb, həm də həkim-endokrinoloq Sadiq Bəbirov uşaqlarda bu cür patologiyaların çox olduğuna diqqət çəkir.
"Xəstəlik həndəsi silsilə ilə artmaqda davam edir. Mən hər həftə 20 yaşından kiçik ən az üç nəfər gənc insanı qalxanabənzər vəzin xərçəngindən əməliyyat edirəm. Təsəvvür edin ki, Azərbaycanda mənim kimi neçə cərrah xərçənəbənzər vəzi əməliyyat edir. Biz analiz toplayırıq (anamnez) - ailələrdə xərçəng xəstəliyi olmayıb. Sorğu nəticəsində məlum olur ki, xəstələnən gənclər mobil telefonlardan çox istifadə edirlər".
Həkim öz videomüraciətində valideynləri uşaqları mobil telefonların istifadəsindən uzaq tutmağa, uşaqlara telefon lazımdıra, şüalanmaya qarşı qoruyucu vasitələrdən istifadə etməyə çağırır.
"Qalxanabənzər vəz şüalanmaya ən tez cavab verən orqandır, şüalanmaya cavab verən orqanda xərçəng xəstəliklərinin artması həddən artıq çox olur. Ona görə diqqətli olun", deyə Sadiq Bəbirov qeyd edib.
Qalxanabənzər vəzin xərçəngi qalxanabənzər vəzin sağlam eptelial hüceyrələrinin degenerasiyasından və sonradan şiş əmələ gəlməsindən ibarət olan bədxassəli patologiyadır. Bu, nisbətən nadir xəstəliklərdən hesab olunur və ona bütün onkoloji patologiyaların cəmi 1,5%-də rast gəlinir.
2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycan sakinlərinin 76,48%-i mobil telefonlardan istifadə edir.