Həcc ziyarəti zamanı 1300-dən çox adam ölüb
24 İyun 2024
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 300 nəfəri keçib.
Bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1301 nəfər olub, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə xüsusi viza verilib.
Nəticədə qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və yoxlama məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. İstilər zamanı isə zəvvarlar müxtəlif səbəblərdən dünyasını dəyişiblər.