Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hazırlaşın: Putinə müharibəni uduzduğunu açıq şəkildə söyləyəcəklər

Avstriyanın baş naziri Karl Nehammerin bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiyaya qarşı sərt açıqlamalar verəcəyi bildirilir.

Ukrayna işğalının başladığı fevralın 24-dən bəri Putinlə üz-üzə görüşən ilk Avropa lideri olacaq Nehammerin “müharibədə uduzduğunu Putinə üzünə deyəcəyi” açıqlanıb.

Avstriyanın xarici işlər naziri Alexander Şallenberq bildirib ki, Nehammer Putinlə görüşü zamanı “müharibə ilə bağlı faktları” açıqlayacaq. Nehammerin Ukraynadakı humanitar böhranla bağlı Putinə açıq mesajlar verəcəyini qeyd edən Avstriyalı nazir, “Putin hər cür səhvə yol verir” deyib. "Putinin üzünə müharibəni mənəvi cəhətdən uduzduğunu söyləmək fərqli olacaq", - Şallenberq bildirib.

Həmçinin bildirilib ki, Avstriyanın baş naziri Putinlə görüşü zamanı “Rusiyanın Buçada törətdiyi mümkün hərbi cinayətləri” qaldıracaq və Ukraynada mülki əhalinin münaqişə zonalarından təxliyəsi üçün yeni humanitar dəhlizlərin yaradılmasına təzyiq edəcək.