Harris Trampla debata hazırdır - Sentyabrda olacaq
26 İyul 2024
ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı Donald Trampla debata hazır olduğunu bildirib.
TASS xəbər verir ki, o, debatın sentyabra planlaşdırıldığını deyib.
"Mənə debatla bağlı sual verilib və sizə deyəcəyəm ki, Donald Trampla debat etməyə hazıram. Debatın əvvəllər razılaşdığı kimi, sentyabrın 10-da keçirilməsinə razılaşdım. O da bununla razılaşdı", - deyə Harris qeyd edib.