Harris avqustda vitse-prezidentliyə namizədin adını açıqlayacaq
28 İyul 2024
ABŞ-nin vitse-prezidenti Kamala Harris, hazırda demokratların prezident seçkilərində iştirakı üçün ən çox ehtimal olunan namizəd hesab edilir, o, avqustun əvvəlində seçki yarışında tərəfdaşını elan edəcək.
Bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.
"O, rahat olduğu və lazım gələrsə, prezident olmağa hazır olan birini seçəcək", - xəbərdə qeyd olunur.
Harris hələ planlarını açıqlamayıb.
Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.