Logo
news content
User
Kateqoriyalar

Xəbər

Haradan, haraya - 31 otaq, 2 lüks nömrə...

Airbus aviatikinti şirkətinin sabiq mühəndisi Frederik Delez dünyanın utilə göndəriləcək ən böyük Airbus təyyarəsini restoran kompleksi olan mehmanxanaya çevirmək niyyətindədir.

Bu barədə Aerotime.aero nəşri yazıb.

Gələcək otelin 31, o cümlədən iki lüks nömrəsi olacaq. Oteldə üç tip nömrə: ikinəfərlik standart, üç və ya dörd nəfərlik lüks və adi nömrələr olacaq.

Lüks nömrələrdən biri A380 təyyarəsi pilotunun kabinəsində, digəri isə təyyarənin arxa hissəsində iki mərtəbədə yerləşəcək.

Otel komleksinin tərkibinə terrası və ən böyük təyyarəyə görünüşü olan 60 yerlik restoran daxil olacaq.

Məlumata görə, hesabdan silinən avialayneri Fransanın Tuluza hava limanının ətrafında yerləşdirmək istəyirlər.

Orada Airbus təyyarələrinin istehsalı üzrə zavod və iri sərgi kompleksi var.

Bu qeyri-adi oteldə yaşamaq üçün qiymətlər hələ açıqlanmayıb.

Xatırladaq ki, amerikalı mühəndis Cino Luççi və oğlu 1943-cü ildə Douglas R4D hərbi təyyarəni təkərlər üzərində dayanan rahat evə çevirib, ona "Möcüzəli flaminqo" adı veriblər.