Hansı məhsullar ƏDV-dən azad olunub?
24 Yanvar 2022
Ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrində sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Hər bir iş adamı müvafiq tələblərə cavab verən layihəsi əsasında sənaye parkının və sənaye məhəlləsinin rezidenti ola bilər. Bunun üçün sahibkar mövcud layihəsi (biznes plan) ilə sənaye zonalarının idarəedici təşkilatı olan İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edə bilər.
Sənaye parkları və məhəllələrdə dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Ölkəmizdə sənaye parkları və məhəllələrin yaradılmasında əsas məqsəd yeni istehsal sahələrinin qurulması, idxalın əvəz olunması, ixrac potensiallı məhsulları istehsal edəcək sənaye sahələri üzrə müəssisələrin yaradılmasıdır.
Sənaye parkları və məhəllələri logistik imkanlar baxımından əlverişli ərazilərdə - əsasən magistral avtomobil və dəmir yolu xətlərinin yaxınlığında yerləşirlər. Bu da onların investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillərdən biridir.
Sənaye parkları daha çox iri sahibkarlıq subyektləri və iri layihələr üçün, sənaye məhəllələri isə əsasən orta, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulur. Sənaye parklarından fərqli olaraq, sənaye məhəllələrində dövlət tərəfindən hazır tikililər (yer) sahibkarların icarəsinə verilir və bu da onlara qısa zamanda fəaliyyətə başlamağa imkan verir.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Misal üçün, Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir sənaye parklarında tətbiq edilən güzəştlər nəticəsində rezidentlər təkcə texnika və texnoloji avadanlıqların idxalı zamanı indiyədək 423 milyon manatdan çox ƏDV-dən və gömrük rüsumundan azad olunublar.
Sənaye məhəllələrinin rezidentləri (iştirakçıları) isə mövcud qanunvericiliyə uyğun olaraq, investisiya təşviqi mexanizmindən yararlana bilərlər. İnvestisiya təşviqi sənədinə əsasən sahibkar sənədi aldığı tarixdən etibarən 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 %-dən, torpaq və əmlak vergisindən, həmçinin layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olunur.
Beləliklə, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlana bilərlər. (Oxu.az)