Hakan Fidan Paşinyanın müraciətini alqışlayıb
10 Yanvar 2025
Türkiyənin xarici işlər naziri Fidan Hakan Ankarada mətbuat konfransında bildirib ki, regionda davamlı sülh, sabitlik və çiçəklənmə üçün "tarixi" imkan pəncərəsi açılıb.
"İnanıram ki, Ermənistan da uzunmüddətli maraqlardan çıxış edir və baş nazir Paşinyanın bu istiqamətdə müsbət müraciətini vacib hesab edirik",- Fidan Paşinyanın Azərbaycanla sülhün bərqərar olmasına çağıran son mesajını şərh edərkən bildirib.
Fidanın sözlərinə görə, Paşinyan "dinc mövqe ifadə edir və nizamlanmada irəliləyişə kömək edir".
"Biz tərəflər arasında vasitəçisiz danışıqları dəstəkləməyə davam edirik. İki ölkə arasında sülh bağlanması regionda yeni imkanlar açacaq",- Fidan vurğulayıb.
Xatırladaq ki, bir gün öncə Paşinyan, Bakı ilə İrəvan arasında uzunmüddətli sülhü təmin edəcəyinə inandığı 10 bənddən ibarət bir mesaj yayımladı. Rəsmi Bakı hələlik bu mesaja şərh verməyib.