Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hakan Fidan: "Nüvə müharibəsi başlaya bilər"

Nüvə müharibəsi başlaya bilər.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.

H.Fidan, həmçinin söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:

"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".