Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Hafka"nın vergi borcu 1,5 milyondur - Dostları isə 300 min yığa bilib

İş adamı Hafiz Məmmədovun hazırda vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır. Bunu Məmmədovun vəkili İsmayıl Kəngərli deyib.

“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”, - deyə Kəngərli bildirib.

Qeyd edək ki, ötən gün məhkəmənin həbs qətimkan tədbiri seçməsindən sonra Hafiz Məmmədov bir neçə saat Yasamal rayon polis idarəsində saxlanılıb, sonra isə 1 saylı istintaq təcridxanasına aparılıb.

Bu arada, redaksiyamıza daxil olan məlumata görə, həbsdə olan Hafiz Məmmədovun yaxın dostları iş adamının azadlığa buraxılması üçün 300 min manat toplaya biliblər. Vəsaitlər artıq Dövlət Vergi Xidmətinin hesabına köçürülüb. (virtualaz)