Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Tbilisidə döyülüb
03 Dekabr 2024
Tbilisidə dekabrın 2-də axşam saatlarında Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri, 70 yaşlı Əli Babayevə hücum edilib. Bu barədə İmedi telekanalının efirində Babayev özü bildirib.
O, müxalif “Vətəndaşlar” partiyasının rəhbəri, “Güclü Gürcüstan” koalisiyasının üzvü Aleko Elisaşvili tərəfindən hücuma məruz qalıb.
Babayevin sözlərinə görə, Elisaşvili aptekdə ona hücum edib və arxadan vuraraq: “Sən gürcü arzusunun qulusan” deyib.
Babayev xəstəxanada olduğunu bildirib.