Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcü müxalifətindən təklif: Rus turistlərə "işğal vergisi" qoyulsun



olan rusiyalılar dövlət xəzinəsinə 1000 lari (350 dollar) ödəməlidirlər





Gürcüstanda 2001-ci ildə keçmiş prezident Mixeil Saakaşvili tərəfindən yaradılmış “Vahid Milli Hərəkat” partiyası parlamentə Abxaziya və Cənubi Osetiyanın işğalına görə “işğal vergisi” haqqında qanun layihəsi təqdim edib.

Qanun layihəsi müəlliflərinin fikrincə Gürcüstana gələn və ya bu ölkədə turist kimi olan rusiyalılar dövlət xəzinəsinə 1000 lari (350 dollar) ödəməlidirlər.

Onlar deyirlər ki, əks halda Rusiya vətəndaşlarının Yuxarı Lars sərhəd keçidindən Gürcüstana keçmələrinə icazə verilməməlidir.

Müxalifət deputatları bildirirlər ki, əgər rusiyalı artıq ölkədədirsə və bu vergini ödəməyibsə deportasiya olunmalıdır.

Halbuki Gürcüstan qanunları əcnəbilərin ölkədə bir il müddətində vizasız qalmasına icazə verir.

Rusiya turistləri hesabına iqtisadi artım

Hakim Gürcü Arzusu partiyasından bu qanun layihəsinə hələ münasibət bildirilməyib.

Lakin belə söhbətlər var ki, bu qanun layihəsi çətin ki, qəbul olunsun.

Baş nazir İrakli Qaribaşvilinin hökuməti tez-terz bildirir ki, ölkə iki rəqəmlə ifadə olunan iqtisadi artımına görə əsasən Rusiyadan böyük turist axınına minnətdar olmalıdır.

Bundan başqa Qaribaşvili Ukraynada müharibə şəraitində Tbilisinin siyasətini izah edib.

O deyib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq və Rusiyaya qarşı “ikinci cəbhənin” açılmasına yol verməyəcək.

Üstəlik, Gürcüstan Avropa İttifaqı qarşısında heç kəsi diskriminasiya etməmək barədə öhdəlik götürüb.