Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gorus-Qafan yolunda kamera quraşdırılması ilə bağlı DİN-dən açıqlama

Ötən gün erməni mətbuatında Gorus-Qafan yolunun Zeyvə-Şurnux yaşayış məntəqələri arasında yerləşən hissəsində Azərbaycan tərəfinin kameralar yerləşdirdiyinə dair məlumatlar paylaşılıb.

Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə təyin olunan polis postları xidmətin tələbinə və qarşıda duran vəzifələrin icrasına uyğun olaraq təchiz edilir.