Logo
news content
User
Kateqoriyalar

Xəbər

Geriyə... Geridən də geriyə...

Martın 31-də FİFA milli futbol komandalarının reytinqini açıqlayıb. İlk 10-luqda Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya, Meksika və Niderland yığmaları yer alır.

Azərbaycan 211 yığma arasında 129-cu yerdə göstərilir. Qeyd edək ki, bundan əvvəlki reytinqdə Azərbaycan 121-ci yerdə olub.

İran 21-ci, Ukrayna 27-ci, Rusiya 36-cı, Türkiyə 43-cü, Özbəkistan 83-cü, Gürcüstan 85-ci, Ermənistan 92-ci, Belarus 93-cü, Qırğızıstan 95-ci, Estoniya 110-cu, Tacikistan 114-cü, Qazaxıstan 125-cidir.

Türkmənistan 134-cü, Latviya 135-ci, Litva 138-ci, Moldova 180-ci sırada qərar tutub.

FİFA reytinqi oyunların əhəmiyyəti, rəqiblərin oyuna qədər mövqeyi nəzərə alınmaqla əldə edilən nəticələr əsasında tərtib olunur.