Gəncədə camış şirniyyat mağazasına hücum etdi: Xəsarət alanlar var - VİDEO
20 Sentyabr 2025
Gəncədə qeyri-adi hadisə baş verib. Belə ki, camış şirniyyat mağazasına hücum edib.
Hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Sahibinin nəzarətindən çıxan heyvan mağazanın şüşəsini sındıraraq içəriyə daxil olub.
Hadisə zamanı mağaza işçilərinin xəsarət aldığı deyilir. (Oxu.az)