Gəncədə anasını bıçaqlayan tələbə məhkəmə zalından azad edildi
29 Dekabr 2022
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirləndirilən E.Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edillib və E.Kərimov iclas zalından azad olunub.
Qeyd edək ki, hadisə bu il iyul ayının 8-i saat 21:10 radələrində rayonun Çəmənli kəndində qeydə alınıb.
Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü E.Kərimov qısqanclıq zəminində anası, Ağdam Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən 1977-ci il təvəllüdlü E.Kərimovanı bıçaqlayıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
İttihama görə, E.Kərimov anasının atası ilə rəsmi nikahda olmasına baxmayaraq, mobil telefonundan başqa şəxsə - Ağdam rayonu Şükürağalı kənd sakininə intim xarakterli mesaj yazdığını aşkar edib. O, anasından qisas almaq məqsədi ilə evin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə onu vurub.