Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gecə Zelenski və Bayden 50 dəqiqə nədən danışıblar?

Bu gecə Baydenlə Zelenskinin indiyədək ən uzun söhbəti baş tutub. Onların telefon danışığı 50 dəqiqə çəkib. CNN belə zənglərin əvvəllər 40 dəqiqəni aşmadığına diqqət yetirib.

Hökumət mənbələrinin məlumatlarına əsasən, uzun söhbət zamanı Bayden ABŞ tərəfinin Ukrayna-Rusiya müharibəsi ilə bağlı atdığı addımların, o cümlədən RF ilə ticarət sanksiyalarının mahiyyətini detallı izah edib. Çünki Zelenski bir neçə dəfə ABŞ-dan daha fəal dəstək (yeni silahlar və Ukrayna səmasının bağlanması – red.) gözlədiyini bildirib. Ukrayna prezidenti isə gecə söhbəti haqqında twitter-səhifəsində qoyduğu xəbərdə vurğunu hərbi əməliyyatların üzərinə keçirib:

“Onu döyüş meydanında yaranmış vəziyyətə verdiyim qiymətlə tanış etdim, RF-nın dinc əhaliyə qarşı cinayətləri barədə məlumat verdim. Ukraynanı hərbi müdafiəsi sahəsində görüləcək işləri, həm də Rusiyaya sanksiya təzyiqini gücləndirməklə bağlı səyləri razılaşdırdıq.”