Logo
news content
User
Kateqoriyalar

Xəbər

G7 ölkələrinin xarici işlər nazirləri Almaniyada bir araya gələcək

Almaniyada G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə “DPA” agentliyi hökumətdəki mənbəyə istinadən xəbər verir.

Qeyd olunub ki, görüş 12 may tarixində baş tutacaq və iki gün davam edəcək. Qrup Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, Kanada, Almaniya, Yaponiya və Avropa İttifaqından ibarətdir.

Nazirlər Baltik dənizininin sahilində yerləşən Vanqels kommunasında görüşəcək. Danışıqlar isə 2015-ci ildə hotelə çevrilən Vaysenhaus qəsrində baş tutacaq.

Tədbirin keçirilməsinə Almaniya 166 milyon avro xərcləyib. Halbu ki, 2015-ci ildə sammitin keçirilməsinə 135 milyon avro xərclənmişdi.