Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol üzrə Dünya çempionatının komandaları və mükafat fondu

2022-ci ilin dünya futbol çempionatının mükafat fonduna nəzər salaq.

Noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək çempionata qatılan 32 milli komanda 8 qrupa bölünüb. 1/8 finala adlamaq üçün qrupları azı ikinci sırada bitirmək gərəkdir.

Qrupda ələnən komandaya 9 milyon dollar vermək nəzərdə tutulur.

Mübarizəni 1/8 finalda bitirən komanda üçün 13 milyon dollar ayrılıb.

1/4 finalda dayanan komanda 17 milyon dollar almalıdır.

Dördüncü yeri tutan komandanın mükafatı 25 milyon dollardır.

Bürünc medalın sahibinə 27 milyon dollar, gümüş medalın sahibinə 30 milyon dollar, çempiona 42 milyon dollar düşür.

Dünya çempionatının qrupları:

A qrupu

Qətər
Ekvador
Seneqal
Niderland

B qrupu

İngiltərə
İran
ABŞ
Uels

C qrupu

Argentina
Səudiyyə Ərəbistanı
Meksika
Polşa

D qrupu

Fransa
Avstraliya
Danimarka
Tunis

E qrupu

İspaniya
Kosta Rika
Almaniya
Yaponiya

F qrupu

Belçika
Kanada
Mərakeş
Xorvatiya

G qrupu

Braziliya
Serbiya
İsveçrə
Kamerun

H qrupu

Portuqaliya
Qana
Uruqvay
Cənubi Koreya.

1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub. (Novator)