Logo
news content
User
Kateqoriyalar

Xəbər

Futbol üzrə dünya çempionatı başlayır

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl turnirin açılış mərasimi gerçəkləşəcək.

Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

Qeyd edək ki, sonuncu mundialda - 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.