FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
21 İyul 2026
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel təxminən oktyabrın ortalarında Rusiyaya səfər edəcək.
Bu barədə "Politico" nəşri Amerika administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
"FTB direktoru Keş Patel bu ilin sonlarına doğru, ehtimal ki, oktyabrın ortalarında Rusiyaya səfər etməyi planlaşdırır", - nəşr qeyd edib.
Məlumata görə, səfər oktyabrın 14-15-də baş tuta bilər. FTB rəhbərinin Moskva və Sankt-Peterburqda olacağı ehtimal edilir.
Mümkün səfər barədə başqa məlumat verilməyib.