Logo
news content
User
Kateqoriyalar

Xəbər

FTB Kirkin qətlində əli olanlar barədə məlumat üçün 100 min dollar vəd edir

ABŞ Federal Təhqiqat Bürosu (FTB) amerikalı fəal Çarli Kirkin qətlində istifadə edildiyi ehtimal olunan silahı aşkar edib.

"Biz atəş zamanı istifadə olunduğunu ehtimal etdiyimiz silahı tapmağa nail olduq", - FTB nümayəndəsi Robert Bols bildirib.

Onun sözlərinə görə, tüfəng atəş açanın gizləndiyi meşəlik ərazidə tapılıb.

R.Bols Kirkin qatilinin hələ də azadlıqda olduğunu deyib.

Federal Təhqiqat Bürosu (FTB) bir gün əvvəl amerikalı fəal Çarli Kirki qətlə yetiməkdə şübhəli bilinən şəxsin fotolarını yayımlayıb. Hüquq-mühafizə orqanları ictimaiyyətdən bu şəxsin kimliyini müəyyənləşdirməyə köməklik göstərməyi xahiş edib.

FTB amerikalı fəal Çarli Kirkin qətlində əli olanlar barədə məlumat verənlərə 100 min dollar mükafat təklif edib.