Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransalı qadınların ürəyini fəth edən Rüstəm Hüseynov - VİDEO

Bütün dünyanın onu əfsanəvi Joffrey de Peyrak rolunun ifaçısı kimi tanımasına baxmayaraq, o, bu məşhurluğu ciddi qəbul etməyib. Özünü isə qəlbən həmişə azərbaycanlı sayıb.

Söhbət məşhur fransız filmi “Anjelika, mələklər markizası” filmindəki rolu ilə tamaşaçıların sonsuz sevgisini qazanan əslən azərbaycanlı aktyor, rejissor Rober Osseyndən gedir.

Aktyorluq bacarığı, xarizması və sadəliyi ilə qadınların qəlbini fəth edən Rober Parisdə ucuz bir pansionda dünyaya göz açıb. Onun əsl adı isə Rüstəm Hüseynovdur. Bəzi mənbələrdə adı İbrahim kimi də qeyd olunur. (BakuTV)