Fransadan etiraf: Türkiyə zəif Aİ üçün imtina olunmaz tərəfdaşa çevrilib
10 Mart 2025
Türkiyə zəifləyən Avropa İttifaqı (Aİ) üçün imtina olunmaz tərəfdaşa çevrilib.
“Haber Global” xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
Məqalədə Türkiyənin Rusiya ilə əməkdaşlıq edə bilən və Moskvanın Suriyadakı təsir imkanlarını məhdudlaşdırmağı bacaran aktor olması xüsusi qeyd edilib: “Bəşər Əsəd rejimi devrilməzdən əvvəl Moskva Ankaranın Suriyadakı təsir imkanlarına sərhədlər qoyurdu. Bu gün isə tamamilə əksi oldu”.
Bundan başqa, qeyd olunub ki, rəsmi Ankara Ukraynanın gələcəyinin müəyyənləşdirilməsində açar aktor olması ilə bağlı mövqe ortaya qoyub.