Fransada uşaqlar üçün maska taxmaq məcburi olacaq
02 Yanvar 2022
Fransa hakimiyyəti koronavirusun "omikron" ştammı ilə yoluxma hallarının kəskin artması ilə əlaqədar altı yaşından yuxarı uşaqları ictimai yerlərdə qoruyucu maskalar taxmağa məcbur edəcək.
Bu barədə Fransa Nazirlər Kabinətinin sənədlər portalında yerləşdirilən hökumətin qərarında bildirilib.
Sənəddə qeyd olunub: "Bu qərarda göstərilən qoruyucu maska taxmaq məcburiyyəti altı yaşdan yuxarı olan şəxslərə şamil edilir".