Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransada parlament seçkiləri: Makronun partiyası uduzur

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda sağçı "Milli Birlik" partiyası liderlik edir.

Bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Beləliklə, “Milli Birlik” partiyası 33% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” alyansı 28,5% səslə ikinci sırada qərarlaşıb.

Prezident Emmanuel Makronun rəhbərlik etdiyi “Respublika naminə birlik” koalisiyası isə 22% səslə üçüncüdür.