Fransa yığmasını "basdıran" iki nəfər... - FOTOLAR
10 İyul 2024
Dünya futbolunun superstarlarından Lionel Messi hələ 20 yaşı olarkən xeyriyyə tədbirinə qatılır.
Hadisə 2007-ci ilə təsadüf edir.
Təxminən 17 il əvvəl argentinalı forvard UNICEF də daxil olmaqla xeyriyyə təşkilatlarına pul yığmaq üçün İspaniyanın “Diario Sport” qəzeti ilə tədbirdə iştirak edir. Çəkilişlər zamanı o vaxt gələcək dünya çempionu Coan Monfortun çəkdiyi fotoşəkillər silsiləsi kimi körpə Yamalı beşiyə salır və hətta onu çimdirir.
Bu, Messinin heç vaxt təxmin edə bilməyəcəyi bir şey idi. Argentinalının da ağlına gəlməzdi ki, onun çimdirdiyi bu körpə gələcəkdə əvvəlcə “Barselona”nın, sonra da İspaniya millisinin ulduzlarından birinə çevriləcək və 16 yaşında Fransaya vurduğu qolla Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçu ünvanına yiyələnəcək.
Fotonu çəkən Monfort həmin anı belə xatırlayır:
“Şəkli çəkmək çox çətin idi. Bu fotonu ərsəyə gətirmək üçün xeyli tərlədim. Messi indi də utancaqdır. Çəkilişə başlayanda özünü plastik vannada bir körpə ilə tapır”.
Beləcə Lamalın futbolla əlaqəsi 6 aylıq körpə olarkən Lionel Messi ilə tanışlığı ilə başlayır. Bu, Lamalın atasının da dediyi kimi milyonda bir şansdır:
“O vaxt heç kim bu körpənin gələcəkdə kim olacağını təsəvvür edə bilməzdi. Messi o vaxt “Barselona”da yeni başlamışdı. Bu işlərdə tale mühüm rol oynayır. Bunun baş verməsi milyonda bir şansdır”.
Qeyd edək ki, Yamal dünən Fransa millisinin qapısına vurduğu qolla “xoruzlar”ın finala çıxmasına mane olub. Messi isə 2022-ci il dünya çempionatının finalında fransızların məğlubiyyətinin əsas memarlarından biri olmuşdu.