Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa XİN rəhbəri: “Putin unutmamalıdır ki, bizim də nüvə silahımız var”

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığında Ukraynada xüsusi hərbi əməliyyatı dərhal dayandırmağa çağırıb. Bu barədə “Agence France-Presse” (AFP) Yelisey sarayına istinadən xəbər verir.

"Prezident Rusiyanın hərbi hücumunu dərhal dayandırmağa çağırıb", - Makron administrasiyası bildirib. Yelisey sarayının sözçüsü qeyd edib ki, Fransa prezidenti Ukrayna lideri Vladimir Zelenski ilə əvvəlki söhbətindən sonra Putinə zəng edib. Administrasiyada qeyd edilir ki, Makron Putinin diqqətini Rusiyanın hərəkətlərinə görə sanksiyalara məruz qalmasına yönəldib.

Bundan əvvəl Kremlin mətbuat xidməti məlumat vermişdi ki, Rusiya Federasiyası və Fransa prezidentləri Fransa liderinin təşəbbüsü ilə baş tutan telefon danışığında Ukraynada baş verənlərlə bağlı fikir mübadiləsi aparıblar.

Maraqlıdır ki, telefon danışığından sonra Fransanın xarici işlər naziri Jan-İv Le Drian ciddi açıqlama ilə çıxış edib. O, deyib: “Putin unutmamalıdır ki, bizim də nüvə silahımız var. NATO nüvə alyansıdır. Ancaq bunu deyə bilərəm”.