Fransa və Türkiyə NATO-nun “Qafqaz əlaqələrini” dərinləşdirmək səylərinə mane olur
05 Oktyabr 2026
Azərbaycan və Ermənistan ittifaqla daha sıx əlaqələr qurmaq istəyirlər, lakin Paris və Ankara əvvəlcə razılığa gəlməlidirlər.
Rusiya regionda təsirini zəiflətdiyi bir vaxtda, NATO-nun Ermənistan və Azərbaycanla əməkdaşlığını gücləndirmək səyləri Fransa və Türkiyə arasındakı qarşıdurma üzündən uğursuzluğa düçar olur.
Adları açıqlanmayan üç NATO diplomatının sözlərinə görə, Fransa öz ölkəsinin vətəndaşlarından birinin həbsini əsas səbəb gətirərək, Bakı ilə yeni tərəfdaşlıq sxemini təsdiqləməkdən imtina edib. Türkiyə isə bunun müqabilində yaxın müttəfiqi Azərbaycanla həmrəylik nümayiş etdirərək, Ermənistanın planının yenilənməsini bloklayıb.
Beş NATO diplomatının sözlərinə görə, iki Qafqaz ölkəsi NATO ilə təlimlər, hərbi təlim və digər sahələrdə daha dərin əməkdaşlıq axtarır. Nəticədə, hər iki plan bir ildən çoxdur ki, qeyri-müəyyən vəziyyətdə qalıb.
Rusiyaya və Putinin müttəfiqlərinə qarşı AB sanksiyalarının yenilənməsi Fransa tərəfindən bloklandıqdan sonra aylarla davam edən NATO qarşıdurması yeni aktuallıq qazanıb. Paris etirazlarını yalnız Brüssel rus-özbək milyarderi Əlişir Usmanova qarşı məhdudiyyətləri aradan qaldırdıqdan və Azərbaycan, həmin Fransa vətəndaşı da daxil olmaqla, bir neçə məhbusu azad etdikdən sonra geri götürüb.
hazırda isə Fransa NATO-nun Bakı ilə daha sıx əlaqələrinə qoyduğu vetonu ləğv etmək üçün təzyiqlə üzləşir.
NATO diplomatlarından biri bildirib: "Əgər onlar bunu ləğv etməsələr, nə sağlam siyasi addım atmış olarlar, nə də özlərini alyansın maraqlarına uyğun hərəkət edən müttəfiq kimi göstərərlər". "Ermənistan üçün bu, çox təhlükəlidir – onun bizə yaxın durmasının daha yaxşı olduğunu düşünürük".
Diğər NATO diplomatı deyib: "Narazılıqlar yaranır - NATO-dan ikitərəfli məsələlərinizin həlli üçün istifadə etməkdən əl çəkin".
Həm Ermənistan, həm də Azərbaycan son illərdə Rusiya ilə münasibətlərini soyudub və Avropa ilə əlaqələrini dərinləşdirməyə çalışır. İrəvan Moskvanın aparıcı rol oynadığı hərbi alyansda – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dayandırıb, AB-yə daxil olmağın lehinə qanun qəbul edib və buna cavab olaraq, ticarət məhdudiyyətləri və Moskvanın sərt tənqidləri ilə üzləşib.
Fransa uzun müddətdir ki, Ermənistanla sıx əlaqələr saxlayır, Bakı isə Rusiyanın regiondakı təsirini tarazlaşdırmaq üçün Türkiyə ilə sıx ittifaqa güvənib.
Bir türk rəsmisi bildirib: “Məsələ, şübhəsiz ki, Türkiyənin Fransa və ya Ermənistanla münaqişəsində deyil... Biz artıq uzun müddətdir ki, Ermənistan və Azərbaycanın FTP sənədlərini birlikdə təsdiqləməyə hazırıq.”
NATO-nun FTP – Fərdi Tərəfdaşlıq Proqramları adlanan aləti alyansın NATO-ya üzv olmayan ölkələrlə siyasi dialoq və hərbi əməkdaşlıq qurması üçün əsas vasitədir. Bu proqramlar hər dörd ildən bir yenilənir və onlarda nəzərdə tutulmuş əməkdaşlığın dərinliyi hər bir tərəfdaşın NATO-ya inteqrasiya etmək istəyindən asılıdır.
Diplomatlardan üçü bildirib ki, NATO-nun Ermənistan və Azərbaycanla yeni tərəfdaşlıq planlarları üzrə danışıqlar, demək olar ki, yekunlaşıb, amma onların təsdiqinin gecikməsi köhnə tərəfdaşlıq planlarını müvəqqəti olaraq uzatmaq məcburiyyəti yaradıb. Diplomatlar əlavə ediblər ki, yeni planlar Azərbaycan və Ermənistanın birgə hərbi təlimlərdə iştirakına, hərbi təlimlərin gücləndirilməsinə və yerli ingilis dili kurslarının təşkili kimi mədəni əməkdaşlıq proqramlarının intensivləşdirilməsinə imkan verəcək.
Yerevanın xarici siyasətində Rusiyadan uzaqlaşma xətti müəyyən risklərlə bağlıdır, onları nəzərə alanlar narahatdırlar ki, Ermənistanla yeni əməkdaşlıq sənədinin təsdiqində gecikmə bu ölkənin Qərbə inteqrasiya səylərinə də mane ola bilər.
“Bəzi ölkələr üçün gözləntilər yaradırıq, sonra isə onları doğrultmuruq - bu, sonradan narazılığa səbəb ola bilər”, - deyə üçüncü NATO diplomatı bildirib və əlavə edib ki, Bakı ilə Yerevanın alyansa yaxınlaşması hər iki ölkə arasında kövrək sülhün möhkəmlənməsinə kömək edə bilər.
“İki ölkə arasında sülhün yaranması NATO-nun onları daha çox öz tərəfinə çəkməsi üçün yaxşı fürsətdir”, - o dbildirib.
NATO-dakı Fransa nümayəndə heyəti məsələyə şərh verməkdən imtina edib. NATO-dakı Ermənistan və Azərbaycanın missiyaları şərh almaq üçün müraciətə cavab verməyib.
Təşkilat adından danışan NATO rəsmisi bildirib ki, alyansın “həm Ermənistan, həm də Azərbaycanla hərbi planlaşdırma, təhsil və hibrid təhdidlərə qarşı mübarizə kimi bir sıra sahələrdə siyasi dialoq və praktik əməkdaşlığa əsaslanan yaxşı münasibətləri var... Biz hər iki tərəfdaşlığı inkişaf etdirməyə hazırıq”.
“Politiko”
https://www.politico.eu/article/france-turkey-block-nato-deepen-ties-with-armenia-azerbaijan/