Fransa Ukraynaya əlavə “Aster” raketləri və “Mirage” qırıcıları göndərəcək
25 Oktyabr 2025
Fransa Ukraynaya əlavə "Aster" zenit raketləri və "Mirage" qırıcı təyyarələri vermək niyyətindədir.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron "istəklilər koalisiyası"nın iclasında bildirib.
"Yaxın günlərdə əlavə "Aster" raketləri tədarük edəcək, yeni təlim proqramları (Ukrayna hərbçiləri üçün - red.) həyata keçirəcək və əlavə "Mirage" təyyarələri göndərəcəyik", - çıxışının videoyazısı Yelisey Sarayının "X" sosial şəbəkəsində paylaşılan Fransa lideri deyib.
O əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə əlavə təşəbbüslər də elan edəcək.