Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa UEFA Millətlər Liqasında qalib oldu

Fransa millisi UEFA Millətlər Liqasının final matçında ispan rəqiblərini məğlub ediblər.

Milanda baş tutan görüş 2:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.

Hesabı 64-cü dəqiqədə ispan Mikel Oyarsabal açıb, 66-cı dəqiqədə Kərim Benzema hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Kilian Mbappe fransızlara qələbə qazandırıb.

Beləliklə, hazırkı dünya çempionu Fransa ilk dəfə ikinci dəfə keçirilən Millətlər Liqası turnirinin qalibi olur. Yarışların ilk qalibi isə Portuqaliya komandası olub.

Qeyd edək ki, Kərim Benzema finalın ən yaxşı futbolçusu seçilib.(Trend)