Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa: Seçki oldu, qalib yoxdur, iğtişaşlar başladı

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

Bunu BFMTV telekanalı bildirib.

Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Birlik” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

Fransanın Baş naziri Qabriel Attal bu gün istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb. “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Fransanın paytaxtı Parisdə isə seçkidən sonra kütləvi etiraz aksiyaları başlayıb.

İnsanlar bayraqlar və şüarlar yazılmış böyük plakatlar, çoxsaylı şüarlar səsləndirərək şəhərin əsas küçələrinə çıxıblar.

Hüquq-mühafizə orqanları etirazçıların irəliləməsinə mane olmaq üçün bəzi küçələri mühasirəyə alıb.