Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa ABŞ-a etiraz olaraq birgə bayram tədbirlərini ləğv edib

Fransa ABŞ-la birgə nəzərdə tutulan tarixi dəniz döyüşünün ildönümü ilə bağlı bayram tədbirlərinin qeyd edilməsini etiraz əlaməti olaraq ləğv edib.

“New York Times” qəzeti xəbər verir ki, buna səbəb Avstraliyaya sualtı gəmilərin tədarükünü nəzərdə tutan çox milyardlıq müqavilənin pzoulmasıdır.

Belə ki, Avstraliyanın ABŞ-la alternativ müqavilə imzalaması rəsmi Parisin etirazına səbəb olub.

Qeyd edək ki, fransız eskadrasının yeni qurulan Birləşmiş Ştatların xilasına gələrkən ingilis donanması ilə toqquşduğu Çesapik döyüşünün 240-cı ildönümü sentyabrın 17-də Fransanın ABŞ-dakı səfirliyində və Baltimor şəhərindəki freqat gəmisində baş tutmalı idi.

“Bunun əvəzində ildönüm tədbirlərinə qatılmaq üçün Vaşinqtona gedən Fransa donanmasının yüksək səviyyəli nümayəndəsi vaxtından əvvəl Parisə qayıdır. Bayram tədbirlərinin ləğvi Fransa siyasətçilərinin və diplomatlarının sualtı gəmi razılaşması ilə bağlı üzləşdikləri hiddətin birbaşa əksidir”, - deyə nəşr yazır.

Hərbi-siyasi tərəfdaşlıq çərçivəsində atom sualtı gəmilərinin inşasına kömək etməklə bağlı ABŞ və Böyük Britaniya ilə razılığa gələn Avstraliya analoji “Naval Group” müqaviləsini tərk edib. 56 milyard avro dəyərində olan “Əsrin müqaviləsi” “Barracuda” sinfinə aid 12 sualtı hücum gəmisinin inşasını nəzərdə tuturdu.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian müqavilənin pozulmasını “arxadan vurulan zərbə” adlandırıb və Avstraliyanı etimadı sarsıtmaqda günahlandırıb.(APA)