Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək

Ukraynadakı vəziyyətlə əlaqədar 9,5 mindən çox fransız əsgəri səfərbər ediləcək və ya döyüş hazırlığı vəziyyətinə gətiriləcək, onlardan 1,5 mini NATO-nun şərq cinahının gücləndirilməsi missiyalarında iştirak edəcək.

Bu barədə “Agence France-Presse” Fransa Baş Qərargahına istinadən xəbər verir.

Qeyd olunub ki, Rumıniyada 500-ə yaxın fransız əsgəri yerləşdiriləcək. Estoniyada artıq 300 fransız əsgəri var və daha 100-ə yaxın əsgər dörd “Mirage 2000-5” qırıcısının müşayiəti ilə ora gedəcək. Məqsəd Baltikyanı ölkələrin hava hücumundan müdafiəsini gücləndirməkdir.

Polşa üzərində uçuşlarda isə 600-ə yaxın hərbçi də iştirak edir. Fevralın 24-dən uçuşlar gündə iki dəfə həyata keçirilir. Bundan əlavə, təxminən 8000 fransız əsgəri NATO-nun çevik reaksiya qüvvələrinin bir hissəsi kimi hazır vəziyyətdədir.