Kahramanmaraşda bazar ertəsi səhər saatlarında meydana gələn və ən azı 10 rayonu əhatə edən 7.7 bal gücündə zəlzələ və onun ardından yaşanan ardıcıl təkanlardan dərhal sonra xilasetmə işlərinə start verilib.
Davam edən axtarış-xilasetmə işləri çərçivəsində bəzi insanların dağıntılar altından möcüzəvi şəkildə xilas xəbərləri gəlir.
Hatayda işləyən axtarış-xilasetmə qrupu bu binanın dağıntıları arasından biri uşaq olmaqla 4 nəfəri sağ çıxara bilib.
Osmaniyədə zəlzələdən 26 saat sonra bir nəfər dağıntıların altından sağ çıxarılıb.
Şanlıurfada dağılmış bir binanın altında qalan bir qadın zəlzələdən 22 saat sonra xilas edilib.
Dağıntıların arasından yaralı olaraq çıxarılan qadın xəstəxanaya yerləşdirilib.
Diyarbəkirdə də çökən binadan zəlzələdən 20 saat sonra iki nəfər sağ çıxarılıb.
Xilas edilən iki nəfər bu binanın dağıntıları altında idi.
Yenə Diyarbəkirdə bu binanın dağıntıları altından bir qadın 21 saat sonra sağ çıxarıldı.