Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fon der Lyayen: "Aİ və ABŞ Rusiyanın gəlirlərini kəsmək üçün razılığa gəliblər"

Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyanın enerji daşıyıcılarından həmişəlik imtina etməyi planlaşdırır.

Bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra "X" səhifəsində yazıb.

O əlavə edib ki, Aİ və ABŞ Rusiyanın qalıq yanacaq gəlirlərini tez bir zamanda kəsmək barədə razılığa gəliblər.

AK rəhbəri bildirib ki, tərəflər Estoniya və Polşadakı son insidentləri də müzakirə ediblər.