Flora Kərimova: "Barışmaqla aram yoxdur" - VİDEO
02 Yanvar 2023
Xalq artisti Flora Kərimova küsülü olduğu həmkarlarından söz açıb.
Bu haqda 81 yaşlı sənətkar qonaq olduğu "Fəlidən doğru xəbər" verilişində deyib.
F.Kərimova bildirib ki, küsülü olduğu sənət nümayəndələri ilə barışmayacaq.
"Küsülü olduğum müğənnilər var. Onlarım sayı isə nə birdi, nə beşdi, nə də ki on beşdir. Bir deyil çoxdur... Onlarla barışmaq üçün təbiət lazımdır. Amma mən barışa bilmirəm. Barışmaqla aram yoxdur. Barışmaq üçün bağışlamaq lazımdır. Lakin taleyim elə gətirdi ki, heç nəyi bağışlaya bilmirəm. Heç kimlə də barışmıram", - deyə Xalq artisti vurğulayıb. (Bizim Media)