Logo
news content
User
Kateqoriyalar

Xəbər

FIFA prezidenti Livan vətəndaşlığı alıb

FIFA prezidenti Canni İnfantino Livan vətəndaşlığını aldığını açıqlayıb.

Ali futbol qurumunun rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, livanlı olduğu üçün qürur duyduğunu bildirib. Funksioner sözügedən ölkənin prezidenti Jozef Aunla Beyrutda görüşdüyünü və vətəndaşlığı aldığını vurğulayıb.

Qeyd edək ki, Canni İnfantino İsveçrə və İtaliyta vətəndaşlığına da malikdir. O, Livanda anadan olan Line Al-Aşkarla evlidir.