Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fidan və Mirzoyan telefonla danışıblar, regional məsələlər müzakirə edilib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb.

Bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub.

Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.