Fidan: "Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə edilə bilər"
25 İyun 2024
Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.
"Habertürk" telekanalının verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.
Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müharibənin həlli ilə bağlı ismarışını çatdırıb.